Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məşhur biznesmen FETÖ-yə görə 10 il həbs olundu – QƏRAR

Məşhur iş adamı terrorda günahlandırılır.

İş adamı Verdal Hostanın Fetullahçı Terror Təşkilatı (FETÖ) üzvlüyü iddiası ilə mühakimə olunduğu iddiada qərar açıqlanıb.

Din.az xəbər verir ki, məhkəmə Hostanın “silahlı terror təşkilatı üzvlüyü” cinayətindən 10 il həbslə cəzalandırılmasına qərar verib.
İş adamı Verdal Hostanın Fetullahçı Terror Təşkilatı (FETÖ) üzvlüyü iddiası ilə mühakimə olunduğu Ankara 18-ci Ağır Cəza Məhkəməsindəki iclasda məhbus müqəssir Hosta ilə vəkilləri iştirak edib.

FETÖ-yə maliyyə dəstəyi təmin etdiyi istiqamətindəki iddiaların həqiqəti əks etdirmədiyini müdafiə edən Hosta, 2002-ci ildən bu yana ticarətlə məşğul olmadığını, təşkilata pul vermədiyini iddia edib.

Təşkilatın kriptolu kommunikasiya proqramı olan “Bylock” istifadə etdiyini qəbul edən Hosta sözügedən proqramı bir tanışının tövsiyəsi ilə qısa müddətə istifadə etdiyini irəli sürdü. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...