Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Məşhur cizgi filmində Quran təhqir olundu – VİDEO

Share Button

Quran ayaqlar altına atıldı…

Britaniyanın “Channel 5” telekanalında nümayiş olunan və dünyaca məşhur “Fireman Sam” animasiya filmində Quran ayaqlar altına salınıb, müsəlmanlar təhqir olunub.

“Din.az” “milli.az”a istinadən xəbər verir ki, animasiya filminin seriyalarından birində yanğınsöndürmə idarəsində nahar zamanı yerə atılmış quran səhifəsi tapdanılır və “qəhrəman”lardan biri Elvis əlində çay sinisi tutaraq  heç nə olmamış kimi davranır.

Britaniyadakı müsəlmanların kəskin etirazlarından sonra “Channel 5” telekanalının rəhbərliyi üzr istəyib və həmin seriyanı onlayn-nümayiş üçün nəzərdə tutulmuş yaddaş bazasından silib.

Britaniya İslam Şurası yaydığı bəyanatda bildirir ki, animasiya filmində yerə atılmış Quran səhifəsində “Hədid” (57-ci) surəsinin 13-26-cı hədisləri var.

“Din.az” cizgi filmindəki videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir