Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məşhur jurnalist: Ateizmdən imtina edə bilərəm

O, ateizmdən imtina edərək Allaha iman gətirəcəyini istisna etmir.

“Həyatda hər şey ola bilər…”
Din.az xəbər verir ki, SSRİ və Rusiyanın məşhur tele-jurnalistlərindən biri olan Vladimir Pozner verdiyi müsahibə zamanı öz dini baxışları haqda danışıb.

Məxsusən də, o, ateizmdən imtina edərək Allaha iman gətirəcəyini istisna etmir.

“Mən buna əsaslanıram ki, “heç zaman” və ya “mümkün deyil” sözlərindən olduqca nadir hallarda istifadə etmək lazımdır. Həyatda hər şey olur. Əgər lap çoxdandan, mənim 20 yaşım olanda, məndən soruşsaydılar ki, “nə vaxtsa Sovet quruluşunu tənqid edə biləmmi?”, yəgin cavab verərdim ki, yox. Amma bu baş verdi. Allaha inama gəldikdə isə, bunun baş verməyəcəyini demək düzgün olmazdı”, – deyə o qeyd edib.

Eyni zamanda, Pozner “Məhz nə sizi Allahın var olmasına inandıra bilər?” sualına cavab verməkdə çətinlik çəkib.

“Mən heç təsəvvür belə edə bilmirəm ki, bu nə ola bilər. Güman edirəm ki, elə bir şey baş verə bilər ki, məni inanmağa vadar edə bilər”, – deyə o bildirib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...