Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏŞHUR MODEL MÜSƏLMAN OLDU – FOTO

“İnstagram”dakı adının qarşısına “Alaikum salam” yazdı.

Bir müddət əvvəl əlində Quran kitabı ilə görülən, Türkiyəyə gəldiyi zaman başını bağlayan aktirsa, model və müğənni Lindsey Lohan “İnstagram” səhifəsində etdiyi dəyişikliklə hamını təəccübləndirib.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, xristian ailənin qızı olan amerikalı aktrisa daha sonra fərqli dinlərə maraq göstərməyə başlayıb. Ötən il törətdiyi bir yol qəzasına görə, 125 saat dövlət qulluğunda işləmək cəzası verilən Lohan cəzası çərçivəsində işlədiyi Nyu Yorkdakı məktəbə gedərkən Quranın İngilis dilində tərcüməsilə kameralara tuş gəlmiş və haqqında “Müsəlman oldu” iddiaları ortaya atılmışdı.

580478efa2e27
Son dəfə 2016-cı ilin oktyabr ayında Qaziantepə gələn və burada suriyalı ailələrə baş çəkən Lohan başını bağlamış və kameraların qarşısına keçmişdi.

Ötən gün isə “İnstagram” səhifəsindəki bütün fotolarını silən Lohan “İnstagram”dakı adının qarşısına “Alaikum salam” yazıb.

Bütün bunları nəzərə alan KİV nümayəndələri onun müsəlman olduğunu iddia ediblər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...