Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
B-iO1OMCYAA2ROY

Məşhur müsəlmanın qızı: “Trampın açıqlamaları çox qorxuludur”

Share Button

ABŞ-da müsəlman fəal Malkol X-ın qızı Mələk Şahbaz respublikaçıların nazimədi Donald Trampın müsəlman və miqrantlarla […]

malcolm-x-1ABŞ-da müsəlman fəal Malkol X-ın qızı Mələk Şahbaz respublikaçıların nazimədi Donald Trampın müsəlman və miqrantlarla bağlı mövqeyini tənqid edərək bildirib ki, belə bir düşüncə sahibi Amerika prezidenti olmamalıdır.   

“Din.az” xəbər verir ki, Amerikada iqrçiliyə qarşı mübarizənin canlı simvollarından sayılan müsəlman aktivis Malkolm X-ın 91 illiyi Nyu Yorkun Harlem qəsəbəsindəki “Şahbaz Oteli”ndə qeyd edilib.

Mələk Şahbaz atasının sadəcə bir irq, din üçün deyil, insan haqları uğurunda mübarizə apardığını deyib: “Kimsə qadınların geyiminə qarışmamalı, kimsə ərəbcə danışdığı üçün təyyarədən düşürülməməlidir”.

Mələk Şahbaz bildirib ki, Tramp müsəlman və miqrantlar əleyhinə açıqlaması ilə Amerikanın ağdərili kişilərindəki aqressiyanı ifadə edib: “Qorxulu açıqlamadır. Qaralara qarşı son 10 ildə etdikləri şeylər təhlükəlidir. ABŞ NATO-un üzvü və dünyanın bir çox yerində nüfuzu olan nüvə ölkəsidir. Tramp “müsəlmanları qəbul etməyək” deyir. Mesajları çox narahatedicidir. Mənim afro-amerikalı müsəlman olaraq bura gəlməyəcəyimi söyləyir. Bu, qəbul edilə bilməz və belə bir şey ola bilməz”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top