Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

MƏŞHUR MUSİQİÇİ NOBEL SÜLH MÜKAFATÇISI OLAN MYANMA LİDERİNİ BOYKOT ETDİ: “UTANIRAM”

Myanmada müsəlmanlara edilən təzyiqlərə görə ölkə liderini qınadı.

İrlandiyalı musiqiçi və insan haqları müdafiəçisi Bob Geldof Myanma lideri Aunq San Su Kyi ilə eyni mükafatı aldığına görə utandığını deyib.
Din.az xəbər verir ki, musiqiçi Myanmada müsəlmanlara edilən təzyiqlərə görə ölkə liderini qınayıb. O, İrlandiya Respublikasının Myanma liderinə də verdiyi “Azadlıq” mükafatını geri qaytaracağını bildirib.


B.Geldof verdiyi yazılı açıqlamada Su Kyinin ölkəsilə əlaqələndirilməsini xalqı üçün utancverici hərəkət olduğunu deyib.
Qeyd edək ki, Myanmanın Arakan əyalətində avqust ayından etibarən müsəlmanlara qarşı ordu və buddistlər tərəfindən soyqırımı həyata keçirilib. Əməliyyatlar nəticəsində minlərlə arakanlı həlak olub, 600 minə qədər insan Banqladeşə sığınıb. Birləşmiş Millətlər Təşkilatı hadisələri etnik təmizlik olaraq tanıyıb.
Daha öncə Nobel Sülh mükafatı alan Su Kyi ordunun əməliyyatlarına reaksiya vermədiyi üçün Oksford Universiteti ona verdiyi “Azadlıq” mükafatını geri almışdı. / Publika.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...