Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məşhur türk aktyoru: “Tualetə girib dəstəmaz alırdım”

“Xüsusilə çətin tamaşalarda sıxıldığı hiss etdiyim zaman dərindən “Allaaaah” deyirdim”.

“Daim keçirdiyim dərin narahatlıq hissi inancsız olmağımla bağlı idi.”

Din.az xəbər verir ki, 1986-cı ilin iyun ayında “Zafer” jurnalında nəşr olunan müsahibədə “Yeşilçam”ın məşhur aktyoru Münir Özkul inkarçılığını və qaranlıqlardan çıxaraq Allaha qovuşması haqqında danışıb.

“Allah inancını itirməzdən əvvəl “Kiçik səhnə”mizin tualetində üzümə, gözümə su sıçradaraq dəstamaz almağa çalışırdım. Xüsusilə çətin tamaşalarda sıxıldığı hiss etdiyim zaman dərindən “Allaaaah” deyirdim.

İnkarçılıqdan İslama keçdiyini öyrənən jurnalistin “bu cür dəyişməyinizə səbəb nə oldu?” sualına Münir Özkul belə cavab verib:

“Dərin narahatçılıq hissi. Narahatçılığım sadəcə inancsız olmağımda idi. Çünki inanacaq bir şeyim yox idi. O zamanlar indi inandığım şeylərə inanmırdım. Çünki o zaman bizə öyrədilən bu idi: “Görmədiyiniz şeyə inanmayın. Hər kəsin ağlı və şüuru var. Ona görə də anlamadığınız şeyə inanmayın “. Sonra ibtidai məktəblərdə bu cür fikirləri dəstəkləyən işlər görüldü. Tam olaraq xatırlamıram, məscidlərmi bağlandı, ya namazmı qadağan edildi, nəsə belə bir şey oldu. Ya da bizə elə gəldi bilmirəm. Amma beynimizə yeridilən əsas fikir bu idi: Dindarlıq və inanc sahibi olmaq geridə qalmışlıqdır. İnancsızlıq isə ağlını işlətmək deməkdir.”

Məşhur aktyor, “Hababam Sınıfı”nın Mahmud Hocası, Münir Özkul, dünən İstanbulda dünyasını dəyişib. Aktyor 2003-cü ildən bəri demans xəstəliyi ilə mübarizə aparırdı. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...