Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Messi Qüdsə getməkdən imtina etdi

Futbolçular təhdidlər səbəbindən İsrailə getmək istəmirlər.

Futbol üzrə Argentina millisi iyunun 9-da Qüdsdə İsrail ilə yoldaşlıq oyununun keçirilməsindən Fələstin tərəfinin etirazı və idmançıların təhlükəsizliyinə təhdid səbəblərindən imtina edib.

Din.az bildirir ki, bununla bağlı İsrail KİV məlumat yayıb.

Qarşılaşmanın keçirilməyəcəyi dəqiqləşdikdən sonra baş nazir Binyamin Netanyahu Argentina prezidenti Maurisio Marki ilə telefon danışığı aparıb və qərarı dəyişdirməyə çalışıb.

Ancaq Argentina prezidenti Netanyahunu başa salıb ki, futbol federasiyasının qərarına təsir göstərə bilməz.

Marki bildirib ki, futbolçular təhdidlər səbəbindən İsrailə getmək istəmirlər. Argentina KİV məlumat verir ki, bir neçə gündür komandanın İsrailə səfəri ilə bağlı etiraz aksiyaları keçirilir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...