Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mesut Özil müsəlman ölkələrini Çində uyğurların hüquqlarının pozulmasına səssiz qalmaqda günahlandırıb

Çin uyğurlara qarşı repressiv siyasət yürüdür, onların dini və mədəni hüquqlarını məhdudlaşdırır.

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil müsəlman ölkələrini Çində uyğurların hüquqlarının pozulmasına səssiz qalmaqda günahlandırıb.

Din.az xəbər verir ki, 31 yaşlı Türkiyə əsilli almaniyalı futbolçu bununla bağlı “Twitter” səhifəsində paylaşım edib: “Həzrəti Əli gözəl deyib – zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın”. Qərb mətbuatında və dövlətlərində bu olaylar aylar, həftələrdir gündəmdə olduğu halda, müsəlman ölkələri və mediası haradadır?”

“Arsenal” Özilin paylaşımı ilə bağlı bəyanat yayaraq bunun futbolçunun şəxsi mövqeyi olduğunu, klubun siyasətə qarışmadığını açıqlayıb.

Qeyd edək ki, Çin uyğurlara qarşı repressiv siyasət yürütməkdə və onların dini və mədəni hüquqlarını məhdudlaşdırmaqda ittiham olunur. Çinin Sincan Uyğur Muxtar Bölgəsində 10 milyona yaxın uyğur yaşayır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...