Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Məyus olma, Allah bizimlədir

“Harada olsanız da Allah sizinlə birgədir. Allah bütün etdiklərinizi görəndir” (“Hadid” surəsi, 4)

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Quran həm insana, həm də həyata aid olan ayələrilə möhtəşəm buyuruqlar kitabıdır. Ayələr yalnız Allaha və yaratdıqlarına qarşı məsuliyyətimizi bildirmir, eləcə də ən çətin hallarda Allaha qeyd-şərtsiz inanıb güvənərək səbirli  və möhkəm olmağımıza immkan verəcək, tək və sahibsiz olmadığımız həqiqətini xatırladıb bizə güc verəcək.

“Heç kim məni başa düşmür?”, “Heç kim məni eşitmir?”, “Dostum yoxdur, tənhayam!”, “Çətinliklərin öhdəsindən gələ bilmirəm!” “Artıq gücüm qalmadı!” deyirsiniz? Səhv edirsiniz. Çünki Allah hər an bizimlədir:

“Harada olsanız da Allah sizinlə birgədir. Allah bütün etdiklərinizi görəndir” (“Hadid”  surəsi, 4).

Allaha səmimi inanan bəndə heç zaman məyus olmaz, ümidsizliyə düşməz. Ümidimizin mənbəyi sahib olduqlarımız deyil, Allahın mərhəmət və sevgisi, Onun hər an bizdən xəbərdar olması, bizi görüb eşitməsidir. Allah yaxşı olan, xeyirli işlər görən bəndələrinə dəstək olur.

“Onlara hər hansı əzab gəldikdə, belə deyirlər: Biz Allah üçün yaşayırıq və sonda ona dönüb gedəcəyik” («Bəqərə»  surəsi, 156).

Allah səbr edən bəndələrilə birgədir.

“Ey iman gətirənlər, səbir, dua və namazla yardım diləyin. Həqiqətən Allah səbr edənlərlə birlikdədir” («Bəqərə»  surəsi, 153).

“Başına gələcək hər bəlaya səbirlə döz. Bu, əzm və qətiyyət göstərməyə dəyər bir şeydir!” (“Loğman”  surəsi, 17)

Bununla yanaşı, bəndənin səbr etməsi də Allahın yardımı ilə mümkündür:

“Səbr et! Sənin səbrin də Allahın köməyilədir”. (“Nəhl” surəsi, 127)

Qurana görə əsl mənada inanan təqva sahibləri səbr edərək Allaha olan bağlılıqlarını göstərənlərdir:

“Əsl ləyaqətli insanlar söz verdikləri zaman sözlərinə əməl edən, fəlakət, çətinlik və əzab anında səbr edənlərdir. Belə ki, sədaqətlərini göstərənlər və Allah qarşısında məsuliyyətlərini dərk edənlər onlardır” («Baqərə»  surəsi, 177).

Allah bəndələrindən xəbərdardır, onların vəziyyətini görüb bilən və hər an onlarla birlikdə olandır:

“Allah məsuliyyət düşüncəsinə malik olan, yaxşılıq və ləyaqəti həyat tərzinə çevirənlərlə birgədir” (“Nəhl”  surəsi, 128).

“Ey iman gətirənlər! Çətinliklərə səbirlə dözün və bir-birinizlə səbirdə yarışın, doğru olanı etməyə daim hazır olun, Allah qarşısında məsuliyyət düşüncəsində olun ki, xilas olasınız!” (“Ali İmran”  surəsi, 200).

Allah səmimi səbr edən bəndəsi üçün son an dediyi vaxtda gözlənilmədən fürsətlər verəndir. Allah məsuliyyət düşüncəsilə hərəkət edən ləyaqətli bəndələri üçün qapı açan, düşdüyü çətin anlarda ona müəyyən çıxış yolu göstərəndir: “Allah Ona qarşı məsuliyyət düşüncəsində olan hər insan üçün bir çıxış yolu verir” (“Talaq”  surəsi, 2).

Allah hətta ölümü də sonsuz həyat vermək üçün yaradandır. Elə isə bu qorxu, narahatlıq və üsyan nə üçündür? Nə gözəl sözdür: “Məyus olma! Allah bizimlədir” (“Tovbə”  surəsi, 40).

“Allah məni unutdu?” “Dualarım nə üçün qəbul edilmir?” “Nə üçün işlərim yolunda getmir?” deyirsiniz? Səhv edirsiniz. Çünki Allah bizi tərk etməyib. Bizim atdığımız hər addıma tam şəkildə cavab verəcək Rəbbimiz var. Ən yaxın və dost adlandırdıqlarımız bizdən uzaqlaşsa da, biz unudulmaq istəmədiyimiz müddətdə Allah da bizi unutmaq istəməz.

Ey nəfsim! Elə indi ruhunun dərinliklərində gizlənən sevgini üzə çıxar və Rəbbinə yönəl. Qarşılıqların ən gözəlini görəcək, özünə gələcək, özünə qayıdacaqsan. Rəbbin səni unutmadı, tərk etmədi. Unudan və tərk edən sən idin. İndi ehtiyacı olan da sənsən.

Allah (bir müddət vəhy almadığına görə hansısa səhv etdiyini düşünən narahat olub məyusluq keçirən) əziz Peyğəmbərimiz Muhəmmədə belə vəhy etmişdi:

“Rəbbin səni tərk etmədi, sənə acığı tutmadı. Sonrası sənin üçün əvvəlkindən daha xeyirli olacaqdır. Vaxtı gəldikdə Rəbbin sənə bəxş edəcək, sən də bundan razı qalacaqsan. Sən yetim olduğun halda O sənə sığınacaq vermədi? Yolunu itirdiyini görüb səni doğru yola gətirmədi? Sən yoxsul ikən səni varlı etmədi? Elə isə yetimə xor baxma. Sənə əl açıb nə isə istəyəni qovma. Rəbbinin nemətini söz və hərəkətlərinlə bildir!” (“Duha”  surəsi, 3-11)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...