Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məzarlıqlarla bağlı qanun layihəsi nə yerdədir?

“Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında” qanun layihəsi hazırlanır.

Məzarlıqlarla bağlı qanun layihəsi parlamentin 2018-ci il payız sessiyaının qanunvericilik işləri planına salınacaq.

Din.az xəbər verir ki, bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda məzarlıqlarla bağlı məsələ qanun layihəsi formasında hələ 2016-cı ilin sonlarında Milli Məclisə (MM) təqdim olunub, ancaq müəyyən səbəblərdən sənədin müvafiq komitələr və plenar iclas səviyyəsində müzakirəsi yubanıb.

“Qanun layihəsinin təşəbbüskarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Qanun layihənin hazırlanmasında komitə birbaşa və yaxından iştirak edib, sonda da sənəd parlamentə təqdim edilib.

Eyni zamanda, parlamentin Mədəniyyət komitəsi tərəfindən hələ bir xeyli müddət öncə bu yöndə, yəni, “Ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında” qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifi, təşəbbüsü ilə çıxış edilib.

Odur ki, hər iki sənədin birləşdirilərək, payız sessiyasında ilkin variantda komitələr səviyyəsində müzakirəyə çıxarılması və plenar iclasa tövsiyə olunması gözlənilir”, – deyə, sonra bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...