Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MİLLƏT VƏKİLİ: “AZYAŞLI UŞAQLARI DİNİ MƏRASİMLƏRƏ DAŞIMAQ NADANLIQDIR”

“Uydurulan dinlə endirilən dinin fərqi nədir?”

Aşura günü geridə qalsa da, təəssüratlar və həmin gün yaşananların müzakirəsi hələ də gündəmdədir. Xüsusilə də dini mərasimə əmzikli körpələrin gətirilməsi cəmiyyətdə ciddi narazılığa səbəb oldu. Millət vəkili Fazil Mustafa da sosial şəbəkə hesabında bu məsələyə biganə qalmayıb.

Din.az Publika.az-a istinadən Fazil Mustafanın fikirlərini olduğu kimi təqdim edir.

“Üzülərək oxudum, oxuyaraq üzüldüm! Bəzi şəxslər əsaslandırmağa çalışırlar ki, azyaşlı uşaqların dini mərasimlərdə iştirakında heç bir qəbahət yoxdur. Əlbəttə, bu da bir mövqedir, demokratik cəmiyyətin tələbidir ki, hər kəs düşündüyünü söyləsin. Kimin inancı nədir, mən buna qarışmıram. Bizimki maarifçilikdir, aydınlatmadır, modern dünya nədir, İslam dininin mahiyyətində nələr var, uydurulan dinlə endirilən dinin fərqi nədir və İslam adı ilə yaşanan iyrəncliklər bu gözəl əxlaq dininin daşıyıcılarını necə dünyanın ikinci növ adamına çevirib, töhmət altına salıb və başqa bu qəbildən olan məsələləri izah etməyə çalışırıq. Ancaq bir məsələ var ki, onu gələcəyimiz üçün böyük bir təhlükə olaraq gördüyümdən ona sərt münasibət bildirməyə borcluyam. Azyaşlı uşaqları şadlıq evlərində axşam vaxtı kefli insanları əyləndirməyə aparmaq abırsızlıqdır, azyaşlı uşaqları dini mərasimlərə daşımaq nadanlıqdır, bunun faydalı iş olduğunu əsaslandırmaq isə həyasızlıqdır!!! Uşaqları təhsil ocaqlarına aparanlar, idman zallarına aparanlar, musiqi, peşə, xarici dil öyrədənlər, sağlam həyata, bilgi mühitinə alışdıranlar ləyaqətli insanlardır, millətin gələcəyini düşünən insanlardır!!!

Ombudsman, hüquq-mühafizə orqanlarının rəhbərləri, səlahiyyətli dövlət rəsmiləri! Buyurun, din adı altında tərtib olunan və qonşu ölkələrdən idarə olunan mərasimlərdə uşaqların istismar olunmasına açıq mövqe bildirin, kimliyindən asılı olmayaraq, bu nadanlığın, gerizəkalılığın tərtibatçılarına qarşı qanununun gücünü göstərin. Əks təqdirdə, illər sonra modern dəyərlərin daşıyıcısı olan dünyəvi Azərbaycan dövlətindən əsər-əlamət qalmayacaq!

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...