Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Millət vəkili: Bəzi insanlar dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar.

“Dini radikalizmə qarşı mübarizə cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir”.

Dini radikalizmə qarşı mübarizədə nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə diqqət artırılmalıdır.

Hal-hazırda dini radikalizmə qarşı mübarizə cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bəzi insanlar dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə və Heydər Əliyev Fondu tərəfindən müxtəlif bölgələrdə çoxlu sayda yeni məscid binaları tikilib, bəziləri yenidən qurulub, təmir olunaraq dindarların istifadəsinə verilib. Eyni zamanda dövlət başçısının müvafiq sərəncamları ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.

Din.az bildirir ki, bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi məscidlərin sayı 2246-ya çatıb: “Xəzər rayonunun qəsəbələrində 26 məscid və 4 ziyarətgah fəaliyyət göstərir. Pirallahı rayonunda əvvələr məscid olmamışdır. Hazırda rayonda 1 məscid fəaliyyət göstərir”.

R.Əliyev qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə əsasən 3 istiqamətdə aparılır:

“Dini radikal qrupların Azərbaycanda kök atıb inkişaf etməsi üçün heç bir münbit şərait yoxdur. Ölkəmizdə mövcud olan əxlaqi dəyərlər, mədəniyyətimiz, tariximiz, multikulturalizmin artıq bir həyat tərzinə çevrilməsi buna imkan vermir. Amma çox təəssüflər olsun ki, bunu ölkəmizə süni surətdə kənardan gətirirlər. Ona görə də ideoloji baxımdan bu meyllərə qarşı ciddi mübarizə aparılmalıdır. İkinci istiqamət hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir. Üçüncü istiqamət isə iqtisadi sahədə aparılan mübarizədir. Bu sahədə də müvafiq tədbirlər həyata keçirilir. Dini radikal qrupların maliyyə mənbələrinin aşkar olunması və ləğv edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu işlər davam etdirilir”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın yüksək inkişafa nail olması ölkəmizi sevməyən, anti-Azərbaycan qüvvələri və onların əlaltılarını çox narahat edir: “Bu qüvvələr bütün üsullardan istifadə etməklə ölkəmizdə əmin-amanlığı, sabitliyi pozmağa çalışırlar. Bu işdə onlar bəzi radikal dini qruplardan istifadə etməyə cəhd göstərirlər. Ona görə də cəmiyyətdə dini radikalizmə qarşı mübarizə sahəsində nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə diqqət daha da artırılmalıdır. Xüsusi ilə gənclərlə aparılan maarifləndirmə işlərini təkmilləşdirmək və daha da gücləndirmək lazımdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...