Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Millət vəkili dini radikalizmlə mübarizə üçün təkliflərini verdi

“Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda tədbir keçirilib.

Millət vəkili Fazil Mustafa deyir ki, radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir.

Din.az bildirir ki, Sputnik Azərbaycan Beynəlxalq Mutimedia Mətbuat Mərkəzində “Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, bu gün radikalizmə qarşı mübarizə vacibdir:

“İnsanlar radikal cərəyanlara daha çox sosial şərtlərə görə qoşulurlar. Radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir. Qadınlar dini oxuyaraq, düşünərək yaşamalıdırlar ki, sonradan ziyanlı təsirlərə düşməsinlər. Azərbaycanda təhsilsiz qadın qalmamalıdır. Bütün hədəflər qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə yönəldilməlidir”.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...