Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Millət vəkili Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: Bu İslam deyil -VİDEO

“Bu da azərbaycanlıların ənənəvi dini”…

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib.
Din.az A24.Az-a istinadən xəbər verir ki, deputat “Facebook” səhifəsində paylaşdığı videonun Məhərrəmlik ayında çəkildiyi ehtimal edilir. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də həmin əzadarlıqda iştirak edir.
Videodan göründüyü kimi Hacı Şahin Həsənli ağlayır. Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç birə əlaqəsinin olmadığını yazıb:
“Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”.

Darxmamışdız bununçün?😀Hele arxadakı müşrikin vidine baxe, senin vidive men …..,😂

Gepostet von Vüsal Ali am Dienstag, 29. Mai 2018

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...