Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Millət vəkili: “Uşaqların Aşura mərasiminə cəlb edilməsi onların psixologiyasına ciddi mənfi təsir göstərir”

“Aşurada həmçinin ağlaşma və özünü döymə kimi hallara da rast gəlinir.”

“Uşaqların Aşura mərasiminə cəlb edilməsi onların psixologiyasına ciddi mənfi təsir göstərir”.

Din.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva qeyd edib ki, uşaqların Aşura mərasimində iştirakı onlarda ciddi psixoloji sarsıntılara da yol aça bilər: “Bilirik ki, Aşura mərasimində zəncir vurma, qan çıxarma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünü döymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər”.

Millət vəkili əlavə edib ki, İslam alimlərinin də bildirdiyi kimi, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır:

“Valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu, birbaşa Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Respublikasının müvafiq qanunlarının pozulmasıdır, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...