Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Millət vəkilindən hicab qadağasına etiraz – Milli Məclisdə başını bağladı – VİDEO

Hicab qadağası 1955-ci il tarixli Demokratik Federal Konstitusiyanın əsas prinsiplərinə ziddir.

Bissmann vurğulayıb ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur.

Avstriyalı millət vəkili Martha Bissmann hicaba qadağaya etiraz edərək Avstriya Milli Məclisində hicab taxıb. Din.az xəbər verir ki, Martha Bissmann Milli Məclis kürsüsündə başını örtərək, “Baş örtüsü taxdım, indi fərqli insan oldummu? Bəli, mənə baxın, sizcə, nə dəyişdi? Hələ millət vəkili sayıla bilərəmmi? O azad, feminist və məzhəbə bağlı olmayan qadın sayıla bilərəmmi? Müsəlman qadınlardan çox şey öyrənə bilərik” ifadələrini işlədib.

Hökumətin hicab qadağasının təməl dəyərlərlə ziddiyyət təşkil etdiyini vurğulayan Bissmann deyib ki, hicab qadağası 1955-ci il tarixli Avstriya Dövlət Sazişi və Demokratik Federal Konstitusiyanın əsas prinsiplərini pozur.

Qeyd edək ki, İslam dininin rəsmən qəbul edildiyi və 700 mindən çox müsəlmanın yaşadığı Avstriyada ibtidai sinif şagirdlərinə (10 yaşadək) hicab taxmaq qadağan olunub. Bu barədə ölkə parlamenti qanun qəbul edib. “İbtidai sinif şagirdlərinin 10 yaşına kimi başlarını örtəcək şəkildə dini inancları təmsil edən paltarlar geyinməsi qadağandır” – deyə qanunda yazılıb.

Sənəddə o da deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.

Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.  / Sputnik.az

https://sputnik.az/life/20190517/420425454/Millet-vekilinden-hicab-qadagasina-etiraz.html

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...