Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Milli Məclisin deputatları Tehrana gedirlər – Məqsəd

Səfərdə sivilizasiyalar və dinlər arasında dialoq məsələləri müzakirə ediləcək.

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 12-də İranın paytaxtı Tehrana səfər edəcəklər.

Din.az-ın məlumatına görə, parlamentin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sessiyada proqram və gündəliyin qəbulundan sonra qurumun baş katibinin məruzəsi dinləniləcək, nümayəndə heyətləri rəhbərlərinin, müşahidəçilərin çıxışları olacaq, Ümumi Komitənin 20-ci toplantısının hesabatı təqdim olunacaq. Tədbirdə qurumun yeni baş katibi və büro üzvləri seçiləcək.

Yığıncaqda siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri və hesabatları müzakirə ediləcək.

Tədbirdə 2018-ci il üçün İƏTPİ ümumi komitəsinin üzvlərinin təyin olunması, İcraiyyə Komitəsinin, daimi komitələrin üzvlərinin seçilməsi, İƏTPİ Konfransının 14-cü və 15-ci sessiyalarının, İcraiyyə Komitəsinin 40-ci iclasının keçiriləcəyi tarix və yerin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə baxılacaq. Sessiyanın sonunda yekun hesabat və yekun kommunike qəbul olunacaq.

İƏTPİ Konfransı çərçivəsində qurumun daimi komitələrinin iclasları keçiriləcək. Siyasi məsələlər üzrə komitənin yığıncağında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə məsələyə münasibət bildiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...