Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Milli Məclisin komitə sədri: “Yas və toy mərasimləri qanunla tənzimlənməlidir”

Ziyalılar və deputatlar yas və toy mərasimlərinin qanunla tənzimlənməsindən danışdılar.

Azərbaycanda yas və toy mərasimlərinin qanunla tənzimlənməsi təklif edilir.

Din.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini parlamentin Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O qeyd edib ki, bununla bağlı ziyalılar da, deputatlar da çıxış ediblər, lakin həmin sahələrdən vəsait əldə edən insanlar bunun qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər, nəticədə bu proses davam edir.

Deputat bu sahə ilə bağlı qanun qəbul olunmasının zəruriliyini qeyd edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...