Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində tədbir keçirilib

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında gənclərin üzərinə böyük məsuliyyət düşür.

Lənkəran rayonunun Şağlaser kəndində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Din.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva, Azərbaycan İlahiyyat İnstitutunun (AİT) tələbəsi Fərid Qasımzadə, ziyalılar və gənclər iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb. Ölkəmizdə dövlətin gənclərə yüksək diqqət və qayğısından, mənəvi dəyərlərimizin təbliği sahəsində mühüm tədbirlərin görülməsindən bəhs edilərək, Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin bu sahədəki xidmətləri diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...