Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” – Maarifləndirici tədbir keçirildi

“Milli-mənəvi dəyərlərimizin və gənclər arasında vətənpərvərliyin təbliği olduqca vacibdir”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonunLiman şəhəri “Cümə” məscidində maarifləndirici tədbir keçirilib.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, “Milli-Mənəvi dəyərlərimiz, həmrəylik və vətənpərvərlik”mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Tural Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının sədri Eyvaz Mirişov,Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, ziyalılar və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, bu dəyərlərin qorunmasının vacibliyinə diqqət çəkib. Q.Məmmədov milli-mənəvi dəyərlərimizin və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsinin zəruriliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Əliyev çıxışında dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb. Əlavə edib ki, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca effektivdir.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin mərhəmət və həmrəylik dini kimi, insanları sülhə çağırdığını, dini radikalizmə qarşı olduğunu vurğulayıb.

Liman şəhər ağsaqqalı, yazıçı-publisist Səyavuş Süleymanlı və digərləri mövzu ilə bağlı fikirlərini bildirərək, keçirilən tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...