Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Milyarder Donald Trump, sürücü oğlu Sadiq Khan?

Trupm ABŞ-a müsəlmanların gəlməsinin qadağan edilməsini ötən ilin noyabrında 130 insanın ölümü ilə nəticələnmiş Paris hücumlarından sonra təklif edib.

Donald Trump ötən həftə ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi oldu. Ancaq trampizm, yəni nifrət və qorxu siyasəti ötən həftə həm də böyük məğlubiyyətlə üzləşdi. Bunu “Bloomberg” yazır. Ötən həftə keçmiş hüquq müdafiəçisi Londonun meri seçildi. Pakistanlı avtobus sürücüsünün oğlu olan US-UK-blendın seçki komandasında homoseksual kişilər və yəhudi qadınlar var. Bloombergin köşə yazarı Pankaj Mishra hesab edir ki, siyasi irticanın ayaq tutduğu bu dövrdə bu hadisənin əhəmiyyəti çox böyükdür.

Mühafizəkarların namizədi Zac Goldsmith Khanı gözdən salmaq üçün dəfələrlə onu müsəlman ekstremistlərlə bağlı olmaqda və Londonun təhlükəsizliyini təhdid etməkdə günahlandırıb. Hətta baş nazir David Kameronun özü belə parlamentdə Khanı “İslam Dövləti” qrupunun bir təəssübkeşi ilə eyni platformanı dəstəkləməkdə ittiham edib. Hərçənd sonradan həmin o “İslam Dövləti” tərəfdarının mühafizəkarlarla bağlı olduğu ortaya çıxdı. Kameronun nazir həmkarları da bu ittihamları müdafiə etdilər.

Khan seçkidə qələbə qazandığı gün bildirdi ki, onun mühafizəkar rəqibləri səsləri qazanmaq üçün Londonun icmaları arasında təfriqə yaratmaq istəyirdilər. O, bunun “tamamilə Donald Trumpın oyun qaydalarından” götürüldüyünü deyib… Müəllif yazır ki, mühafizəkarlar Londonun hind, sikh və tamil icmalarına baş nazir Kameronun imzası ilə məktub göndərərək Zac Goldsmithə səs verməyə çağırıblar. Üstəlik məktubda onların “təhlükəli” Khanın “nəhəng siyasi eksperimentində laboratoriya siçanı olmaq” təhlükəsi ilə üz-üzə olduqları da yazılıb. Müsəlmana ərUK-and-USAə getmiş yəhudi biokimyaçı Barbara Patel də oxşar məzmunlu məktub alıb.

Bundan sonra Goldsmith keçmişdə açıq antisemit və nasist mövqeyi ilə seçilən “Daily Mail” qəzetində məqalə çap etdirərək Khanı “dəfələrlə ekstremist baxışları olanlara haqq qazandırmaqda” ittiham edib. Qəzet məqalənin yanında 2005-ci il iyulun 7-də baş vermiş terror hücumu zamanı dağılmış ikimərtəbəli avtobusun şəklini yerləşdirib. Seçicinin şüurunda “ekstremizm” və “terrorizm” anlayışlarını “müsəlman” anlayışı ilə birləşdirmək, yaxud da Hindistan subkontinentindəki təriqətlərarası hissləri Britaniyaya idxal etmək cəhdinin özü kifayət qədər təhlükəlidir. Ancaq bu məsələdən ölkədəki müsəlman gənclərin ala biləcəyi mesaj daha təhlükəlidir.

Müəllif yazır ki, trampizm ilk olaraq, atasının adı “Hussein” olan ABŞ prezideMarshall_Scholarship_Logontinin “beşinci kolona” qulluq etməsi barədə eyhamlarla siyasi səhnəyə gəlmişdi. Dünya miqyasında siyasətçilərin belə demaqoq davranışları sürətlə yayılmağa başladı. Rusiya prezidenti Vladimir Putin bütün Avropada sağçı partiyaların ilham mənbəyinə çevrildi. Almaniyanın antiislam Pegida hərəkatı Niderlandın ultrasağçıları ilə əlaqəlidir. Macarıstanın baş naziri Viktor Orban isə Recep Tayyip Ərdoganın avtoritar liderliyi altında olan Türkiyəni təqdir edir.

“Dünyanın ən qədim demokratiyalarından biri olan Britaniyanın hakim partiyasının da Trumpın strategiyasını təkrarlaması qəribədir”- deyə Mishra bildirir. Sadiq xanın Londonun meri seçilməsi trampizmin dünyanın ən kosmopolit şəhərində məğlub olduğunu göstərir. İndi də ümid edək ki, noyabrda ksenofob trampizm mühacirlərin qurduğu ölkədə – ABŞ-dakı seçkilərdə məğlubiyyətə uğrayacaq.

Bu arada ölkəyə müsəlmanların girişini qadağan edən təkliflə çıxış etmiş Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ən mümkün namizəd Donald Trump bildirib ki, Londonun yeni meri Sadiq Khan üçün istisna etməyə hazırdır. Pakistan əsilli britaniyalı Sadiq Khan əvvəllər Trumpın prezident seçilməsi təqdirdə dininə görə ABŞ-a gedə bilməyəcəyi barədə narahatlıq ifadə edib.

Trupm ABŞ-a müsəlmanların gəlməsinin qadağan edilməsini ötən ilin noyabrında 130 insanın ölümü ilə nəticələnmiş Paris hücumlarından sonra təklif edib. Bu bəyanat həm ABŞ-da, həm də ölkənin hüdudlarından kənarda bir çox siyasətçi və xarici liderlər, həmçinin müsəlman icmaları tərəfindən kəskin etirazla qarşılanıb. Lakin Trump öz sözlərindən geri dönməyərək bu cür tədbirlərin milli təhlükəsizliyin təmin edilməsi üçün zəruri olduğunu deyib. Mayın 5-də Britaniya paytaxtının meri seçkilərində qalib gəlmiş leyborist Sadiq Khan Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir və o, pakistanlı miqrantın oğludur. Trump bildirib ki, Khanın seçilməsinə görə xoşbəxtdir. Müsəlmanların ölkəyə girişinin qadağan olunması təklifi barədə isə Trump deyib ki, “istisnalar həmişə olacaq”.

Cavid

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...