Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Milyonçu Mübariz İbrahimov haqda filmə sponsor oldu

Filmdə həm azərbaycanlı, həm də türkiyəli aktyorlar olacaq.

Yaxın zamanlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatına həsr olunmuş film çəkiləcəyi açıqlanıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Türkiyənin “Renk Media” şirkəti çəkəcək. Filmin heyətində həm azərbaycanlı, həm də türkiyəli aktyorlar olacaq.

Sponsorluğunu azərbaycanlı biznesmen Fərhad Əhmədovun üstləndiyi filmin rejissoru Ali Kayğısız olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...