Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNƏ QƏBUL OLAN QIZI HİCABA GÖRƏ QEYDİYYATA ALMADILAR

Universitet rəhbərliyi hicablı qızın sənədlərini qəbul etməyib.

Mingəçevirdə ali məktəbə qəbul olan qız hicablı olduğu üçün universitet onu qeydiyyata almayıb.

Din.az A24.Az-a istinadən xəbər verir ki, bu il ali məktəblərə qəbul imtahanında iştirak edən Hüseynova Süsən Vüqar qızı 326 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin “Metodika” ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib.

Bu barədə A24.Az-a Süsənin anası Məmmədova Arifə məlumat verib. O, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib:

“Qızım bu il Mingəçevir Dövlət Universitetinə qəbul olub. Avqustun 16-da qeydiyyatdan keçmək üçün universitetə getdik. Amma universitetin rektoru hicablı olduğuna görə qızımın sənədlərini qəbul etməyəcəklərini bildirdi. Dedi ki, bizim universitetdə hicab geyinən qızlar təhsil ala bilməz. Sonra dedi ki, məsləhətləşim, 3-4 günə gələrsiz. Biz də getdik, 3-4 gün sonra yenidən universitetə gəldik. Onda rektor yenə dedi ki, biz məsləhətləşmişik, sizin qızınız burada təhsil ala bilməz. Yalnız hicabını açsa, gəlib oxuya bilər. Daha sonra biz qaynar xəttə zəng vurduq. Ordan bizə dedilər ki, Təhsil Nazirliyi sizi ayın 29-da qəbul edə bilər. Səhv etmirəmsə, bizi Yaqub müəllim qəbul etməli idi. Amma o yox, nümayəndəsi qəbul etdi. O da bildirdi ki, artıq univertitetə qeydiyyatın vaxtı bitib, vaxtında müraciət etməmisiniz. Bax belə, qızım qaldı havada”.

Məsələ ilə bağlı MDU ilə əlaqə saxladıq. Universitetdən faktı təsdiqlədilər. Bildirlər ki, həqiqətən də universitetin nizamnaməsində hicabla bağlı qadağa var. Hicab geyinən qızların burada təhsil almasına icazə verilmir.

A.Məmmədova deyir ki, əgər sözügedən universitetdə belə bir qayda olduğunu bilsəydilər, ixtisas seçimi zamanı həmin universiteti qeyd etməzdilər. Arifə xanım qızının psixoloji vəziyyətinə görə də narahatdır:

“Baş verənlər Süsənin psixologiyasına da mənfi təsir edir. O qədər əziyyət çəkib, oxuyub qəbul olub. Biz onu çətinliklə repititor yanına hazırlıqlara göndərmişik, xeyli pul xərcləmişik. İstəmirəm əziyyətimiz batsın. Heç olmasa yığdığı bala uyğun başqa bir universitetə yerləşdirsənlər onu. Bununla bağlı müvafiq qurumlara da məktub yazmışıq. Təəssüf ki, hələ də cavab almamışıq. Dərs ilinin başlamasına da sayılı günlər qalıb. Xahiş edirəm ki, aidiyyatı qurumlar problemin həlli üçün bizə kömək etsin”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...