Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Minlərlə arakanlı hava hücumlarından qaçır

Share Button

Arakanda etnik qruplar muxtariyyət tələb edirlər.

Myanmada etnik böhran davam edir. Ölkənin şimalındakı Kaçin əyalətində təhlükəsizlik qüvvələrilə etnik silahlı qrup arasında baş verən qarşıdurmalar səbəbilə 3 000 nəfərin evlərini tərk etmək məcburiyyətində qadığı qeyd edilib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaçinli aktivist Xon Ja bölgədə təhlükəsizlik qüvvələrilə Kaçinin müstəqil ordusu arasında baş verən ziddiyyətlərin Çin sərhədindən keçdiyini bildirib.Myanma ordusunun bazar ertəsi Kaçin əyalətində təşkil etdiyi əməliyyatlarda 7 arakanlı qətlə yetirilib.

bythestateless28429

 

Myanma rəhbərliyilə Kaçin üsyançıları arasındakı 17 illik atəşkəs 2011-ci ilin iyun ayında başlayan qarşıdurmalarla sona çatıb. Qarşıdurmalar nəticəsində 10 minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölkədəki etnik qruplar mərkəzi rəhbərliyə və orduya qarşı silahlı hücumlar təşkil edir, daha çox muxtariyyət tələb edirlər.

Bir neçə gün əvvəl BMT-nin İnsan Haqları üzrə xüsusi müxbiri Yanqhi Linin Myanmanın Kaçin əyalətində araşdırmalar aparması qadağan edilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir