Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Minlərlə fələstinli dama çıxıb azan oxudu – VİDEO

İsrailin Qüdsdə azanları susdurmaq istəməsindən sonra fələstinlilər ciddi etiraz ediblər. “Din.az” xəbər verir ki, İsrail müqəddəs diyar olan Qüdsdə minarədən azanı qadağan etmək istədikdə, minlərlə qüdslü evlərinin damına çıxaraq azan oxuyub. Xatırladaq ki, İsrail bir müddət əvvəl azanın səsucaldanlardan oxunmasını qadağan edən qanun layihəsini gündəmə gətirib. İsrail edilən etirazlardan sonra qanun layihəsini dayandırmaq məcburiyyətində qalmışdı. İsrailin […]

İsrailin Qüdsdə azanları susdurmaq istəməsindən sonra fələstinlilər ciddi etiraz ediblər.

“Din.az” xəbər verir ki, İsrail müqəddəs diyar olan Qüdsdə minarədən azanı qadağan etmək istədikdə, minlərlə qüdslü evlərinin damına çıxaraq azan oxuyub.

Xatırladaq ki, İsrail bir müddət əvvəl azanın səsucaldanlardan oxunmasını qadağan edən qanun layihəsini gündəmə gətirib. İsrail edilən etirazlardan sonra qanun layihəsini dayandırmaq məcburiyyətində qalmışdı.

İsrailin bu təşviqat işlərinə qüdslülər etiraz olaraq evlərin damına çıxaraq azan oxuyublar.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...