Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Minlərlə türk Avstriyadan qovula bilər

18 500 türk əsilli immiqrantdan Türkiyə vətəndaşı olmamaları barədə təsdiq tələb edilib.

Avstriyada 18 min 500 türk əsilli vətəndaş deportasiya təhlükəsi ilə üz-üzədir.

Din.az xəbər verir ki, hakimiyyətdəki koalisiya üzvlərindən olan radikal sağ qanadın nümayəndəsi Azadlıq Partiyası 18 500 türk əsilli immiqrantdan Türkiyə vətəndaşı olmamaları barədə təsdiq istəyir. Bu barədə sübut göstərə bilməyənlər Avstriya pasportu və bu ölkədəki bütün hüquqlardan məhrum ediləcək.

İmmiqrasiya bürosu 30 nəfərin ikili vətəndaşlığını artıq təsdiq edib. Ölkə ötən il ikili vətəndaşlığı qadağan edib.

Qeyd edək ki, bu bu şəxslərin Türkiyə vətəndaşı olmadığını sübut etmək çətin məsələdir, çünki Türkiyə bu barədə hansısa sənəd təqdim etmir. Türk əsilli immiqrantların problemi ilə məşğul olan vəkil Kazım Yılmaz vurğulayır ki, türk əsilli şəxslər Türkiyədəki hüquqi proseslərdə üstünlük almaq üçün Avropada vətəndaşlıq əldə edəndən sonra ölkə vətəndaşlığını təkrar qazanmaq üçün müraciət edirlər. O həmçinin bildirib ki, deportasiya təhlükəsi ilə üz-üzə olan şəxslərin bir çoxu Avstriyada doğulub, vətəndaşlıqdan məhrum edilsələr belə, ölkədə yaşamaq icazə ala biləcəklər. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...