"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Miqrantlara düşmən kəsilən alman millət vəkili müsəlman oldu

Share Button

Müsəlman miqrantlar artıq onun ailəsi olub…

Almaniyada həddindən artıq sağçı və miqrant əleyhdarı olaraq tanınan Milli Demokratik Partiyasının (NPD) üzvü millət vəkili Varner Klavun müsəlman olub.

“Din.az” xəbər verir ki, daha əvvəl miqrant və qaçqınlara qarşı olan 75 yaşlı Klavun hazırda Suriya, İraq və Əfqanıstandan gələn miqrantların ən böyük dəstəkçisi olub.

Almaniyada yayımlanan “Bild” qəzetinə müsahibə verən və adını İbrahim olaraq dəyişdirən Klavun böyük alman şairi Cohann Volfqanq von Hötenin “Şərq Divanı”nı, İslam və  Muhamməd Peyğəmbərə (s.a.s) tərif yağdıran şeirlərini oxuduqdan sonra İslamı yaxından tanımaq, Qurani-Kərimin alman dilində tərcüməsini oxumaq istəyib. Daha sonra alman millət vəkili müsəlman olmağa qərar verdiyini danışıb.

İslama daxil olması ilə düşüncələrinin tamamilə dəyişdiyini deyən Klavun, “düşünürəm İslam və Müsəlman əleyhdarı və həddindən artıq sağçı bir partiyanın üzvü olaraq keçmişlə əlaqəmi kəsmək kifayət deyil. Keçmişin izlərini silmək üçün daha böyük işlər görmək istədim. Belə ki, miqrantlara kömək etməyə başladım” deyə o bildirib.

Klavun, 2014-cü ildə həyat yoldaşımın uşaqlarını da alaraq onu tərk etməsindən sonra yaşı 18-30 yaş arası olan ikisi suriyalı olmaqla 4 miqrantı evində saxlamağa başladığını və miqrantların ona bir ailə olduğunu deyən Klavun, “onlara kömək etdiyim kimi, indi də mənə kömək edirlər. Təqaüdə çıxdıqdan sonra 900 avro olan maaşım mənə kifayət etmədiyi üçün onlar mənə yemək verirlər” deyə qeyd edib.

ibrahim-werner-klawun

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir