Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misir Azərbaycanın “ASAN Xidmət” sahəsindəki təcrübəsi ilə maraqlanır

“Misir Azərbaycana əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.

“Bütün sahələrdə Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə və inkişafına çalışırıq”.
Din.az “Report”-a istinadən xəbər verir ki, bunu Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda Bakıda keçirilən brifinqdə deyib.
Vali bildirib ki, bu, onun Bakıya ikinci səfəridir. O, Misirin Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Bakıda keçirəcəyi danışıqların əsas mövzusu Misir və Azərbaycan arasında qarşılıqlı turist axınını artırmaq olacaq.
O, həmçinin Misir tərəfinin Azərbaycanın “ASAN Xidmət” sahəsindəki təcrübəsini öyrənmək və Şarm əş-Şeyxdə pilot layihə həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.
“Bundan əlavə, AZAL nümayəndələri ilə görüşmək və Bakı-Şarm əş-Şeyx birbaşa reysinin açılışını müzakirə etmək niyyətindəyik”, – Cənubi Sinay vilayətinin qubernator bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...