Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misir həccə gedən qəzzalılar üçün sərhəddini açır

Misirin sərhədləri gələn həftədən açılır…

Misir, Refah qapısını həccə gedəcək qəzzalılar üçün çərşənbə axşamından etibarən 3 günlük açacaq.

“Din.az” xəbər verir ki, Rifah sərhəd qapısının Fələstin tərəfindəki direktoru Hişam Advan, misirli səlahiyyətlilərin Qəzza ətrafında yaşayan fələstinli zəvvarlar üçün gələn çərşənbə axşamından etibarən sərhəd qapılarını açacağını onlara bildirdiyini deyib.

Sərhəddin ard-arda 3 günlüyünə açılacağını qeyd edən Advan, hazırlıqları asanlaşdırmaq məqsədi ilə lazım olan bütün hazırlıqları tamamladıqlarını da bildirib.

Qəzzadakı Vəqflər Nazirliyinin verdiyi məlumata görə, bu il 2008 qəzzalı zəvvarın həccə gedəcəyi gözlənilir.

Qeyd edək ki, Misirli səlahiyyətlilər, Rifah sərhəd qapısını sonuncu dəfə 29 iyunda 5 günlüyünə açmış, həmin müddət ərzində 3 min fələstinli Qəzzadan Misirə keçmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...