Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Misir mətbuatı Azərbaycanın Fələstinə yardımından yazdı

“Azərbaycan hər zaman Fələstin xalqının çətin günlərində ona dəstək olub”.

Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində yardım etməsi Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Din.az xəbər verir ki, yayılan xəbərlərdə ölkəmizin bu addımı təqdir edilir.

Həmçinin Azərbaycanın terrorun bütün forma və təzahürlərini pislədiyi, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Bundan başqa, ermənilərin törətdikləri yüzlərlə terror aktı nəticəsində çoxlu sayda azərbaycanlının həlak olduğu diqqətə çatdırılır. / Publika.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...