Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MİSİR paytaxtı dəyişir? – Hökumət SƏHRAYA köçürülür

“Hökumət idarələri 18 ay ərzində tədricən köçürüləcək”.

Misir prezidentinin dəftərxanası və hökumət il yarım ərzində yeni paytaxta köçürüləcək.

Din.az bildirir ki, bunu məsələ ilə bağlı layihənin rəhbəri Əhməd Zəki Abdin bildirib.

Layihə rəhbərinin sözlərinə görə, yeni rayonda artıq tikinti işlərinə başlanılıb.

Ə.Z.Abdin deyib: “Hökumət idarələri 18 ay ərzində tədricən köçürüləcək, bu ilk növbədə prezident dəftərxanasına, Nazirlər Kabineti və ölkənin parlamentinə aiddir”.
Qeyd edək ki, Misirin yeni inzibati paytaxtı Qahirədən 45 kilometr məsafədə səhrada salınır. Hökumətin və dövlət idarələrinin yerləşəcəyi şəhərin 2020-ci ilə qədər tam tikilməsi planlaşdırılır. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...