Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirdə donor böyrəklərin ticarəti ilə məşğul olan həkim dəstəsi saxlanılıb

Pula ehtiyacı olan “donorlar”dan istifadə etdilər.

Misir polisi Qahirədə donor böyrəklərin ticarəti ilə məşğul olan həkim dəstəsinin əməllərini ifşa edib.

Din.az bildirir ki, bu barədə “Report” RİA “Novosti”yə istinadən məlumat verir.

Şübhəli şəxslər vasitəçilərlə pula ehtiyacı olan “donorlar”ı tapır və onları 25 min Misir funtu (1,4 min ABŞ dolları) qarşılığında böyrəyini satmağa inandırırlarmış. Ardından “donorlar” Qahirəyə gedərək bir neçə gün əvvəlcədən tutulan evdə qalır və analiz verirlərmiş. Belə “pasiyentlər”in qəbulunu saxlanılan həkimlərdən biri özəl kabinetində həyata keçirib. Sonradan “donor”u başqa klinikaya apararaq şəbəkə fəaliyyətinə cəlb edilmiş cərrah tərəfindən əməliyyat edilib.

Cinayətkar dəstənin qurbanlarının dediyinə görə, əməliyyata qədər onlara 5 min funt (təqribən, 300 dollar) verilirdi və pulun qalan hissəsini almaq üçün növbəti “donor” tapılması tələb edilirdi, əks təqdirdə biz satılan böyrəyimizə görə pulu tam ala bilmirdik.

Hazırda dəstənin bütün üzvləri saxlanılıb, zərərçəkənlər şahid ifadələri verirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...