Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirdə ekstremist fəaliyyəti ilə məşğul olan 500-dən çox insan saxlanılıb

Sinay yarımadasında 6 ekstremist zərərsizləşdirilib.

Misir hərbçiləri ötən həftə Sinay yarımadasında 6 ekstremisti zərərsizləşdiriblər.

Din.az xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin bəyanatında bildirilir.

Qeyd edilir ki, yarımadada iri miqyaslı “Sinay-2018” antiterror əməliyyatı davam edir. “Hərb mühəndisilər 163 partlayıcı qurğunu zərərsizləşdiriblər. 19 ədəd silah, o cümlədən qumbaraatan, snayper tüfəngi götürülüb”, – deyə bəyanatda bildirilir.

Məlumata görə, ekstremist fəaliyyəti məşğul olmaqda şübhəli bilinən 500-dən çox insan saxlanılıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...