Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misirdə girov saxlanılan azərbaycanlı 2-3 günə sərbəst buraxılacaq

Misir Hərbi-Dəniz Donanmasından xoş xəbər…

Ötən ilin dekabrında Misir Hərbi-Dəniz Donanması tərəfindən “Suets” limanında saxlanılan Ukraynaya məxsus “Seh Shark” tankerinin 31 dənizçisi iki-üç gün ərzində sərbəst buraxılacaq.

Din.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Misir hökuməti tankeri özündə saxlamaq qərarına gəlib. Belə ki, ölkənin ərazi sularına qanunsuz olaraq daxil olduğuna görə 56 milyon dollar cərimə ödənməlidir. Bu barədə agentliyə işlə tanış olan vəkillərin biri bildirib.

Qeyd edək ki, girov saxlanılanlardan biri Azərbaycan, ikisi Rusiya, 17-si Ukrayna, digərləri isə Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...