Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misirdə güclü qum qasırğası baş verib

Görüntünün son dərəcə zəif olması səbəbindən şəhərlərarası sürət yolları bağlanıb.

Çərşənbə günü Misirdə güclü qum qasırğası baş verib.

Din.az xəbər verir ki, təbii fəlakətdən ölkənin daha çox cənub əyalətləri əziyyət çəkib.

Bir çox əyalətlərdə görüntünün son dərəcə zəif olması səbəbindən şəhərlərarası sürət yolları bağlanıb. Ğurdaqa, Nuveybə və şimal paytaxtı İsgəndəriyyədə böyük limanlar bağlanıb. Qumlu küləyin sürətinin saatda 20 metrə çatdığı ərazilərdə elektrikötürücü xətlərin aşması nəticəsində enerji təchizatı dayandırılıb.

“Əl-Əhram” nəşrinin məlumatına görə, fırtına respublikanın bir çox hava limanlarının bağlanmasına gətirib çıxarıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...