Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Misirdə kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaralayıb

Psixi pozğunluğu olan şəxs kilsəyə daxil olmağa cəhd göstərib.

Misirin Ayn Şəms şəhərində psixi pozğunluğu olan kişi kilsəyə daxil olmağa cəhd göstərib.

Din.az xəbər verir ki, bu barədə “Youm7” xəbər portalı məlumat yayıb.

Yerli prokurorluq nümayəndələrinin sözlərinə görə, kişinin üzərində dəmir çubuq olub və saxlanılan zaman iki nəfəri yaralayıb. Bildirilir ki, o kilsəyə yan qapıdan girmək istəyib, lakin mühafizəçi onu saxlayıb və polisə təhvil verib.

Kişinin polis bölməsinə gəlmiş qohumlarının sözlərinə görə, 23 yaşlı gənc oğlan kilsənin yanında yaşayır, onun psixi pozğunluğu var. Son vaxtlar müalicə kursu keçib. Onun hansı səbəbdən bu addımı atmaq istədiyi araşdırılır.

Bundan əvvəl Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...