Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Misirdə məsciddə törədilən terror aktı nəticəsində 235 nəfər ölüb, 130 nəfər yaralanıb – FOTO

Terror törədilən məsciddən daha çox sufilər istifadə ediblər.

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb.
Din.az bildirir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.


Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.
Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.


*** 18:09
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Ravza məscidi yaxınlığında həm partlayış törədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.

*** 17:29
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 120 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

*** 17:08
Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı “Al-Arabiya” yayıb.
Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub.

*** 15:41
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib.
Terrorçular məscidin içində özlərini partladıblar.
Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...