Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misirdə ölənlərin sayı 300 nəfəri keçdi

Misir prezidenti bu terror aktının cəzasız qalmayacağını bildirib.

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

Din.az  xəbər verir ki, ölənlərin 27-si uşaqdır.

Terror zamanı 109 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, cümə günü əl-Ariş şəhərindən 40 km aralıda yerləşən əl-Raud kəndindəki məsciddə namaz zamanı partlayış baş verib. Bundan sonra hücum edən terrorçular məsciddən qaçan insanlara atəş açmağa başlayıblar. Şahidlərin sözlərinə görə, yaraqlılar həmçinin yaralıları daşıyan təcili yardım maşınlarına atəş açıblar.

Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib ki, hücum cəzasız qalmayacaq, terror qurbanlarının qisası alınacaq və biz terrorizmə qarşı mübarizəni davam etdirəcəyik.

Baş verən hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...