Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

MİSİRDƏ QƏDİM KİLSƏDƏ AZƏRBAYCANA AİD YAZILAR AŞKARLANDI

“Kiçik möcüzə” adlandırılan tapıntılar.

“Early Manuscripts Electronic Library” təşkilatının tədqiqatçıları Misirdə Sinay yarımadasında Müqəddəs Yelena adına kilsədə orta əsrlərdə Azərbaycanda yayılmış qədim alban dilində yazılar tapıblar.

Din.az Oxu.Az-a istinadən bildirir ki, bu barədə “Atlantico” nəşri yazır

Nəşr qeyd edir ki, mətnlər 1300 ildən çox bir müddətdə ölü doğulmuş dananın dərisində yazılıb. Rahiblər limon suyu və digər inqridiyentlər vasitəsi ilə mətni siliblər ki, digər yazıları qeyd etsinlər. Lakin müasir texnologiyalar bu mətnləri oxumağa icazə verir.

Nəşr təəssüf edir ki, mətni oxumaq olmayacaq, çünki qədim alban dili bizim eramızın əvvəllərində Azərbaycanda bir dil kimi itib.

Mətnlərdən əlavə, tədqiqatçılar həmçinin Hippokratını reseptini aşkarlayıblar, lakin onu da tam oxumaq mümkün olmayacaq.

“Atlantico” bu tapıntıları “kiçik möcüzə” adlandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...