Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misirdə üçgünlük prezident seçkiləri başlayıb

A.F.Əs-Sisi təkrar seçilmək istəyini elan edib.

Bu gün Misirdə iki namizədin olduğu prezident seçkiləri başlayıb.

Din.az xəbər verir ki, seçkilər üç gün ərzində keçiriləcək və martın 28-dək davam edəcək.

Dövlət başçısı vəzifəsi uğrunda Misirin hazırkı prezidenti Abdel Fəttah əs-Sisi və “Əl-Qad” (“Sabah”) partiyasının 65 yaşlı lideri Musa Mustafa Musa mübarizə aparacaq.

A.F.Əs-Sisi təkrar seçilmək istəyini bu ilin yanvar ayında elan edib.

İkinci namizəd M.Musa isə Misirdə prezident seçkilərinə qatılmaqla bağlı müraciətini son tarixdən 15 dəqiqə əvvəl qeydiyyatdan keçirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...