Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirdə Universitetlərdən birində Azərbaycan dilinin tədrisinə başlanılıb

əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlanılıb.

“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə və Ayn Şəms universitetlərindən sonra əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlayıb.

Din.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Humanitar fənnlər fakültəsinin “Turk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 100 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. S.Nəsirov bu müraciət əsasında tələbələr üçün yaxın vaxtlarda Qahirədəki diaspor mərkəzində Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.

Əl-Əzhər Universitetinin Humanitar fənnlər fakültəsinin məsul şəxsləri ilə görüşən S.Nəsirov Azərbaycan dilinin tədrisi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib. O həmçinin fakültənin kitabxanasına Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə dair kitablar, həmçinin Ermənistanın təcavüzünü, 20 yanvar faciəsini, Xocalı soyqırımını əks etdirən jurnallar hədiyyə edib.

975–ci ildə təsis olunmuş əl-Əzhrər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda Universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə birgə fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...