Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirdə xristian məbədlərinə hücumlar planlaşdıran silahlılar saxlanılıb

Terrorçular hücumları müqəddəs Ramazan bayramı gününə planlaşdırıblar.

Misirdə xristian məbədlərinə özünü partladaraq terror aktları törətməyi planlaşdıran 6 silahlı saxlanılıb.

Din.az “APA”ya istinadən xəbər verir ki, bu barədə Misirin DİN-nin məlumatında bildirilir.
Məlumata görə, terrorçular hücumları müqəddəs Ramazan bayramı günü və iyunun 30-da – sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən devrildiyi gün həyata keçirməyi planlaşdırıblar.
Qeyd edək ki, Misirdə yaşayan xristian koptlar mütəmadi terrorçuların hücumuna məruz qalırlar.
Xatırladaq ki, mayın 26-da radikallar Misirin cənubunda xristian zəvvarların olduğu avtobusu gülləbaran ediblər. Nəticədə 29 nəfər ölüb, 20 yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...