Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirdə xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçu məhv edilib

Qibti xristianlarla dolu avtobusa hücum olunub.

Misirin təhlükəsizlik qüvvələri ölkənin Əl-Minya əyalətində qibti xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçunu məhv ediblər.

Din.az bildirir ki, Misirin Daxili İşlər Nazirliyindən bildirilib ki, terrorçuların olduğu yer haqqında operativ məlumat alınandan sonra polis onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib. Əməliyyat nəticəsində bütün ekstremistlər məhv edilib.

Xatırladaq ki, noyabrın 2-də Əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına gedən qibti xristianlarla dolu avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 10-dan çox insan yaralanıb. / Virtualaz.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...