Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misirdə yeni “Ərəb baharı” ola bilər – Ərəb ziyalıları həyəcan təbili çalır

“Ərəb baharı”nın ilk dalğasına şahid olan ölkələrdə yeni inqilablar baş verə bilər”.

Ərəb ölkələrini getdikcə pisləşən vəziyyətdən xilas edəcək yeni “Ərəb baharı” baş verə bilər.
Bu açıqlama ilə misirli intellektuallar və jurnalistlər çıxış edib. Xüsusilə, Sudan və Əlcəzairdə baş verənlərdən rəğbətlə danışan və “Ərəb baharı”nın ilk dalğasına şahid olan ölkələrdə yeni inqilabların baş verməsinə səbəb olacağını qeyd edən Misir ziyalıları etiraz aksiyalarını qadağan edən və böhranın varlığını inkar edən Misir kimi ərəb ölkələrində həyəcan təbilinin çalındığını bildiriblər.

“Ərəb baharı” inqilablarının ikinci dalğası çoxdan başlayıb. Ancaq bu dəfə Sudandan gəldi. Əlcəzair hərəkət etməyə hazırlaşır. Digər ərəb ölkələrinin də bunu izləməsi mümkündür. Ərəb xalqlarının tiranlığa və sosial ədalətsizliyə təslim olmadığı və olmayacağı açıqdır” – politoloq doktor Həsən Nafa belə yazıb.

Müxalif yazar və Misiri Milli Cəbhəsində “Müsəlman qardaşları”nın nümayəndəsi Qütb Əl-Ərəbi “Facebook” səhifəsində ““Ərəb baharı”nın ruhu hələ alovlanır və bu səfər daha yayğın olacaq” yazıb.

Şair Əbdül Rəhman Yusif isə tvitterdə “Əlcəzair xalqı qalxır. “Ərəb baharı” xalqlarını nə qədər qorxutmağa çalışırsanız çalışın millət qurtulacaq. Nə qədər məğlub olduğumuzu düşünürsənsə, zəfər qazanacağız. Nə qədər özünez, inqilabın gənclərindən bəziləri özlərini çarəsiz hiss etsəniz, hər zaman yeni ümid olacaq”, yazıb.(Avropa.info)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...