Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Misirdəki Azərbaycan diasporu beynəlxalq festivala qatılıb

Festivalda 30 ölkənin səfirlik və diaspor nümayəndələri iştirak edib.

“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyi Misirin “6 Oktyabr” Universitetində keçirilən beynəlxalq festivalda təmsil olunub.

Din.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, festivalda 30 ölkənin səfirlik və diaspor nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan mədəniyyətini, incəsənətini əks etdirən nümunələr, eyni zamanda Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı soyqırımı və digər mövzularda Səfirlik tərəfindən ərəb dilinə tərcümə edilərək çap olunmuş müxtəlif kitablar, jurnallar sərgilənib. Səfirliyin ictimai məsələlər üzrə nümayəndəsi Məhəmməd Cuhəri və onun könüllülər qrupu Azərbaycan həqiqətləri və turizim potensialı haqqında ziyarətçiləri geniş məlumatlandırıblar. İki gün davam edən festival müddətində Azərbaycan stendini mindən çox insan ziyarət edib. İştirakçılara Azərbaycan haqqında kitab, jurnal və bukletlər hədiyyə olunub.

“Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri S.Nəsirov tədbir çərçivəsində universitetin prorektoru, səfir Xeyrəddin Əbdüllətuf, professor Zəkrəiyyə Nasef və bir sıra xarici ölkə nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbayanın bölgədəki nüfuzündan, ölkəmizin Misirlə tarixi və indiki əlaqələrindən, Azərbaycan həqiqətlərindən, Xocalı soyqırımından, Azərbaycanın iqtisadi və turizm potensialından söhbət açan diaspor rəhbəri qarşı tərəfi maraqlandıran sualları da cavablandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...