Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misirin Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edilib.

Misirin Ali Təhsil Nazirliyi 2018-2019- ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün nazirliyin nəzdində fəaliyyət göstərən “Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi”ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edib.

Din.az xəbər verir ki, təqaüd proqramına sənəd qəbulu aprelin 1-də başlayacaq və mayın 1-də yekunlaşacaq.

Proqramda iştirak etmək istəyən şəxslər göstərilən tarixdə xarici pasport və şəxsiyyət vəsiqəsi ilə Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə müraciət etməlidirlər. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...