Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Qeyd edək ki, terror hücumu nəticəsində 300-dən çox adam həlak olub.

Misirdə noyabrın 24-də məsciddə baş verən terror hücumundan sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Din.az bildirir ki, Misirin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, matəm üç gün davam edib.
Cümə namazı zamanı törədilmiş terror hücumu nəticəsində 300-dən çox adam həlak olub.
Xatırladaq ki, Misirdə baş verən terror aktı ilə əlaqədar Türkiyədə də bir günlük matəm elan olunmuşdu. Bu səbəbədən, Türkiyənin Bakıdakı səfirliyində də dövlət bayrağı endirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...