Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

“Ümid edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə ədalətli qiymətini tapacaq”.

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar.

Din.az xəbər verir ki, Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri professor Usamə əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Misir-Azərbaycan dostluq qrupunun üzvləri bəyanatda 26 fevral 1992-ci il anım gününün ağrı-acısını bölüşdüklərini və bu məsələdə Azərbaycanla həmrəy olduqlarını qeyd ediblər.

Misirli deputatlar ümid etdiklərini bildiriblər ki, Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi, qanuni və ədalətli qiymətini tapacaq. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...