Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misirli futbolçulardan gülünc iddia ….

Misirlilər məğlubiyyətlərinin səbəbini orucluqla əlaqələndiriblər.

“Orucluq bizim komandaya pis təsir etdi”.

Din.az xəbər verir ki, bunu Misir Futbol Assosiasiyasının rəhbəri Hani Abu Rida deyib.

Onun sözlərinə görə, bir çox ərəb ölkələri futbolçularından Rusiyada keçirilən dünya çempionatı zamanı oruc tutmamağı xahiş etmişdi: “Orucluq bizim komandaya pis təsir etdi. Rusiyada turnir başlamamışdan əvvəl futbolçularla söhbət zamanı mən onlardan oruc tutmamağı xahiş etmişdim. Lakin idmançılar bunu etməyəcəklərini bildirdilər. Ramazan ayı Uruqvayla görüşdən bir gün əvvəl bitdi və bu oyuna böyük təsir etdi”.

Qeyd edək ki, bundan əvvəl “Report”un müxbirinin suallarını cavablandıran Misir millisinin baş məşqçisi Ektor Kuper deyib ki, futbolçuları Ramazan ayında oynamağa öyrəniblər və oruc tutmaq onlara uduzmaq üçün bəhanə ola bilməz. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...